MN: Ötən ay Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 km-dək yol qardan təmizlənib - VİDEO

MN: Ötən ay Kəlbəcər, Laçın və Daşkəsəndə 3600 km-dək yol qardan təmizlənib - VİDEO
# 02 fevral 2023 10:45 (UTC +04:00)

Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusunun hərbi hissələrində istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin təşkili məqsədilə zəruri tədbirlər həyata keçirilir.

MN-dən APA-ya verilən məlumata görə, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin yanvar ayı ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 3600 km-dək yol qar örtüyündən təmizlənib.
Azad olunmuş ərazilərimizdə mühəndis təminatı üzrə tədbirlər plana uyğun davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR