Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı konsert təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində “Rast dünyası” adlı  konsert  təqdim olunacaq
  • Clock-gray 22:14
  • calendar-gray 17 Sentyabr 2019

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 19-da “Rast dünyası” adlı konsert proqramı təqdim olunacaq.

APA xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə muğam və təsniflər səsləndiriləcək.

“Könül” ansamblının müşayiət edəcəyi konsert çərçivəsində Xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanov çıxış edəcəklər. Sevilən xanəndələrimizin hər birinin “Rast” muğamına  fərdi baxışı və yanaşması fərqli bir muğam axşamı dəstgahı vəd edir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date