“İstedArt” layihəsinin yeni mövsümünə start verilir

“İstedArt” layihəsinin yeni mövsümünə start verilir
  • Clock-gray 13:37
  • calendar-gray 15 Oktyabr 2019

Oktyabrın 17-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) “İstedArt” layihəsinin yeni mövsümünə start veriləcək.

APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihənin növbəti açılış mərasimi Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində baş tutacaq.

Layihədə müxtəlif internat məktəbləri, sağlamlıq imkanlari məhdud və  daun sindromundan əziyyət çəkən  uşaqlar iştirak edəcəklər.

Uşaqlar “İçərişəhər” DTMQİ hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində dərs alacaqlar. Layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardımdan ibarətdir.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date