Mədəniyyət naziri rejissor Timur Bekmambetovla görüşüb

Anar Kərimov Timur Bekmambetovu qəbul edib

© APA | Anar Kərimov Timur Bekmambetovu qəbul edib

# 28 iyul 2022 13:03 (UTC +04:00)

Mədəniyyət naziri Anar Kərimov dünya şöhrətli rejissor və prodüser Timur Bekmambetovu qəbul edib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan kino sənayesinin inkişafı və perspektivləri, mümkün birgə layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycanda animasiya filmləri məktəbinin yaradılması ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Timur Bekmambetov nazir Anar Kərimova səmimi qəbula görə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Timur Bekmambetov bir çox tanınmış Hollivud filmlərinin rejissoru və prodüseridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR