Ramiz Novruz dəfn edilib - YENİLƏNİB-1 - FOTOLENT

Ramiz Novruz dəfn edilib - YENİLƏNİB-1  - FOTOLENT
# 21 fevral 2023 15:51 (UTC +04:00)

Xalq artisti Ramiz Novruz “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

APA xəbər verir ki, mərasimdə aktyorun ailə üzvləri, yaxınları, sənətçi həmkarları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Aysel Şahmar

***

11:39

Xalq artisti Ramiz Novruzla vida mərasimi keçirilir.

APA xəbər verir ki, evində baş tutan vida mərasimində aktyorun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz fevralın 21-i gecə saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Aysel Şahmar

***

10:22

Xalq artisti Ramiz Novruzla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Bu barədə APA-ya mərhumun ailəsindən bildirilib.

Xatırladaq ki, Ramiz Novruz dünən axşam uzun sürən xəstəlikdən sonra vəfat edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR