"Xaç atası"nın bərpa edilmiş versiyasının nümayiş ediləcəyi tarix açıqlanıb

Xaç atası

© APA | Xaç atası

# 14 yanvar 2022 15:28 (UTC +04:00)

“Xaç atası” filminin bərpa olunmuş versiyası fevralın 24-də filmin 50 illik yubileyi münasibətilə nümayiş etdiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, “Paramount Pictures” şirkəti Oskar mükafatlı filmi “Xaç atası”nın 50 illik yubileyi şərəfinə filmin məhdud şəkildə təkrar buraxılışını həyata keçirib.

Trilogiyadakı hər üç film rejissorun özünün rəhbərliyi ilə bərpa edilib və ilk dəfə olaraq 4K Ultra-da təqdim ediləcək.

Filmdəki zolaqların, neqativlərdəki zədələrin və digər anomaliyaların aradan qaldırılmasına 4000 saatdan çox, rəng korreksiyasına 1000 saatdan çox vaxt sərf olunub. Bütün işlər rejissorun nəzarəti altında həyata keçirilib

Qeyd edək ki, trilogiyanın ilk filmi 24 mart 1972-ci ildə ekranlara çıxıb. Filmdə Marlon Brando, Al Paçino, Dayan Kiton və başqaları rol alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR