"Azercell" abunəçiləri balansından "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək

"Azercell" abunəçiləri balansından "Bakcell" və "Nar" nömrələrinin balansını artıra biləcək
# 08 may 2020 09:15 (UTC +04:00)

Bu ilin iyunun 8-dən etibarən "Azercell"in fakturasız ("SimSim") xətt sisteminə aid nömrələrin abunəçiləri "Mobil Ödəmə" xidməti vasitəsilə nömrələrinin balansında olan məbləğdən "Azercell" ilə yanaşı "Bakcell" və "Nar" mobil operatorlarına aid digər nömrələrin də balansını artıra biləcək.

"APA-Economics" bunu "Azercell"in yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, digər nömrələrin balansına keçirilən məbləğə 5% həcmində xidmət haqqı (ƏDV daxil olmaqla) tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR