Azərbaycan bölgələrində TV yayımının keyfiyyəti artırılacaq

Azərbaycan bölgələrində TV yayımının keyfiyyəti artırılacaq
  • Clock-gray 16:55
  • calendar-gray 21 Yanvar 2020

Televiziya proqramlarının daha keyfiyyətli yayımı təmin etmək məqsədilə Bakı-Zaqatala istiqamətində radiorele xətti yenidən qurulacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, nəzərdə tutulan işlərin icrasına müvafiq maliyyə resurslarının ayrılacağından sonra başlanılacaq.

Hazırda bu istiqamətdə hazırlıq işləri aparılır və zəruri avadanlıqların alınmasına dair tenderin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ötən il bölgələrdə rəqəmli ehtiyat televiziya şəbəkəsinin yaradılmasının bir hissəsi olaraq Bakı-Quba radiorele xəttinin yenidən qurulması işləri başa çatdırıb. Hazırda rəqəmli ehtiyat televiziya şəbəkəsi Bakıdan Cənub və Qərb istiqamətində çəkilib.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date