Azərbaycana mobil telefonların idxalı kəskin artıb

Azərbaycana mobil telefonların idxalı kəskin artıb
  • Clock-gray 14:58
  • calendar-gray 13 Dekabr 2019

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 113 889 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün nəzərdə tutulan telefon aparatları idxal olunub.

Bu barədə "APA-Economics"ə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların idxalı 65,3% artıb.

Cari ilin ilk 10 ayı ərzində idxal olunan məhsulların dəyəri 130 634,7 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 79,6% çoxdur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date