Azərbaycanda daha iki bank müştərilərə mobil elektron imza verəcək

Azərbaycanda daha iki bank müştərilərə mobil elektron imza verəcək
  • Clock-gray 15:05
  • calendar-gray 19 Dekabr 2019

Gələn ildən etibarən Azərbaycanda daha iki bank – "Nikoil Bank" və "Rabitəbank" – müştərilərinə mobil elektron imzanın (e-imza) verməsinə başlayacaq.

"APA-Economics"in əldə etdiyi məlumata görə, hazırda e-imza bankların biznes proseslərinə uyğunlaşdırılır ki, bu, onlar tərəfindən müştərilərə yeni xidmət təklif etmələrinə imkan yaradacaq.

Qeyd edək ki, hazırda mobil elektron imza "Kapital Bank" tərəfindən təklif olunur. Layihə Milli Sertifikatlaşdırma Xidmətləri Mərkəzi ilə birgə həyata keçirilir. Bank müştərilərinə mobil elektron imzanı təmənnasız təqdim edir.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date