Azərbaycanda istifadə olunan əməliyyat sistemlərinin pay bölgüsü açıqlanıb

Azərbaycanda istifadə olunan əməliyyat sistemlərinin pay bölgüsü açıqlanıb
  • Clock-gray 10:24
  • calendar-gray 07 Yanvar 2020

Ötən il ərzində "Android" əməliyyat sisteminin Azərbaycan bazarında payı 2018-ci illə müqayisədə 0,9 faiz bəndi azalaraq 2020-ci ilin yanvarın 1-nə 44,8% təşkil edib.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, hesabat ilində 2018-ci illə müqayisədə "Microsoft Windows" əməliyyat sisteminin ölkə üzrə bazar payı 5,7 faiz bəndi artaraq 2020-ci ilin yanvarın 1-nə 41,3% təşkil edib. "Microsoft"un proqram məhsulları Azərbaycanın əməliyyat sistemi bazarında ikinci yeri tutur.

Üçüncü mövqedə, 2020-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, 6,6% bazar payı ilə iOS əməliyyat sistemi qərarlaşıb. Bu əməliyyat sisteminin ölkə üzrə bazar payı ötən il ərzində 2018-ci illə müqayisədə 0,6 faiz bəndi azalıb.

Digər əməliyyat sistemləri üzrə olan pay bölgüsü: OS X – 4%, naməlum əməliyyat sistemləri – 1,54%, "Linux" – 1% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date