Azərbaycanda sensor əsaslı radio-monitorinq sisteminin yaradılmasına dair layihə hazırlanır

Azərbaycanda sensor əsaslı radio-monitorinq sisteminin yaradılmasına dair layihə hazırlanır
  • Clock-gray 10:35
  • calendar-gray 04 Dekabr 2019

Azərbaycanda efir təhlükəsizliyini təmin etmək məqsədi ilə sensor əsaslı radio-monitorinq sisteminin yaradılmasına dair layihə hazırlanır.

Bunu "APA-Economics"ə Dövlət Radiotezliklər İdarəsindən (DRİ) deyiblər.

Bildirilib ki, bu sistem ölkə ərazisində efirdə olan siqnalların, yayımların, o cümlədən digər radio-rabitə siqnallarının məsafədən, insan faktoru olmadan ölçülməsi üçün nəzərdə tutulub.

"Ölçülər aparıldıqdan sonra verilənlər mərkəzi sistemə ötürülərək sistemdə analiz olunacaq", - deyə DRİ-dən bildirilib.

İdarədən əlavə olaraq bildirib ki, sensorlar ölçüsünə və əhatə dairəsinə görə fərqlənir. Hazırda ölkə üzrə irihəcmli və yaxud böyük ərazini əhatə edən radioelektron sensorların sayı 40-a bərabərdir: "Onlar vasitəsilə ölkədə, demək olar ki, radio-nəzarət işini həyata keçirmək mümkündür. Müəyyən coğrafi yerlər var ki, oranı əlavə sensorlarla əhatə dairəsinə alırıq. Hazırda bu işlər mobil stansiyalar vasitəsilə həyata keçirilir".

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date