Azərbaycanın mobil qurğular bazarında əsas brendlər paylarını artırıb

Azərbaycanın mobil qurğular bazarında əsas brendlər paylarını artırıb
  • Clock-gray 16:26
  • calendar-gray 02 Dekabr 2019

Bu ilin noyabr ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı oktyabr ayı ilə müqayisədə 0,24 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, dekabrın 1-nə "Samsung"un ölkə üzrə bazar payı 55,64% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,82 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

Bu ilin noyabr ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı 0,26 faiz bəndi artıb. Bu göstərici dekabrın 1-nə olan məlumata görə 16,36% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 10,7 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 11,85% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı noyabr ayı ərzində (oktyabr ayı ilə müqayisədə) 0,66 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 2 faiz bəndi azdır.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 4,14%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 2,44%, LG – 1,73%, "Nokia" – 1,57%, "Lenovo" – 1,01%, HTC – 0,93%, "Alcatel" – 0,59% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date