Azərbaycanın ödəniş sistemi “mobil cüzdan” istifadəyə verəcək

Azərbaycanın ödəniş sistemi “mobil cüzdan” istifadəyə verəcək
  • Clock-gray 11:37
  • calendar-gray 10 İyun 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) məhsulu olan “SmartPay” ödəniş sisteminin “mobil cüzdan” xidməti istifadəyə veriləcək. Bunu “APA-Economics”ə  MHM-dən deyiblər. 

İstifadəçilər bu xidmət vasitəsilə müxtəlif ödənişlər və maliyyə əməliyyatları həyata keçirə biləcəklər.

Hazırda “mobil cüzdan”ın üzərində texniki işlər aparılır və ilkin məlumata görə bu xidmət yaxın vaxtlarda istifadəçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, hazırda bir çox xidmətləri vahid platformaya toplayan “SmartPay” ödəniş sistemindən “smartpay.az” saytı, və mobil əlavəsi üzərindən yararlanmaq mümkündür. Həmçinin, ölkənin bütün bölgələrini əhatə edən poçt məntəqələrindəki “SmartPay” terminallarında və poçt şöbələrində əməliyyatçılara yaxınlaşmaqla ödəniş etmək olur.

 

Hüseyn Vəliyev

Digər xəbərlər