Azərbaycanın poçt şöbələrində xüsusi köşklər vasitəsilə bank xidmətləri göstərilə bilər

Azərbaycanın poçt şöbələrində xüsusi köşklər vasitəsilə bank xidmətləri göstərilə bilər
  • Clock-gray 16:52
  • calendar-gray 04 Dekabr 2019

Azərbaycanın poçt şöbələrində məsafədən bank xidmətlərini göstərmək məqsədilə xüsusi köşklər quraşdırıla bilər.

Bunu "APA-Economics"ə "Bakinity" şirkətinin icraçı direktoru Eldar Qurbanov deyib.

Onun sözlərinə görə, bu köşklər vasitəsilə banklar müştərilərə öz xidmətlərini tam çeşidini paytaxtda olduğu kimi, ucqar kəndlərdə də əlçatan edə biləcəklər.

 

"Pilot olaraq hazırda belə bir köşk bankların birinin filialında sınaqdan keçirilir. Köşk Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində quraşdırılıb. Köşk vasitəsilə vətəndaşlar bankın bütün zəruri olan xidmətlərindən yararlana bilirlər. Bundan başqa, köşklər müxtəlif elektron xidmətlər göstərən dövlət strukturlarına da təklif olunub", - deyə E. Qurbanov qeyd edib.

 

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date