Azərbaycanın texnoloji həlli Türkiyə istehsalçılarının məhsullarını saxtakarlıqdan qoruyacaq

Azərbaycanın texnoloji həlli Türkiyə istehsalçılarının məhsullarını saxtakarlıqdan qoruyacaq
  • Clock-gray 14:35
  • calendar-gray 16 Dekabr 2019

Türkiyənin farmakoloji və avtomobil yağı istehsalçı şirkətləri Azərbaycan startapının texnoloji həllini istifadə edərək öz məhsullarını saxtakarlıqdan qoruya biləcəklər.

Bunu "APA-Economics"ə "iQrex" startap layihəsinin rəhbəri Cəlal Rəhimov deyib.

Onun sözlərinə görə, hazırda layihənin icrası ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, "iQRex" proqram təminatı pərakəndə şəbəkələrdə satılan malların saxta olub-olmadığını müəyyən etməyə imkan verir.

İstehsalçılara xüsusi proqram təminatı istifadə edərək kodlu stiker sifariş edə bilər. Sistemdə "blockchain" texnologiyasından istifadə olunduğu üçün hər bir kod unikal sayılır, bu da onların təkrar çap olunmasının qarşısını alır. İstehsalçı bu stikerləri öz məhsullarının üzərinə yapışdırır. Alıcı isə öz növbəsində "iQRex" mobil əlavəsi vasitəsilə stikerin üzərindəki kodu skan edərək məhsulun saxta olub-olmadığını yoxlaya bilər.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date