"Samsung"un Azərbaycanın mobil cihazlar bazarındakı payı azalıb

"Samsung"un Azərbaycanın mobil cihazlar bazarındakı payı azalıb
  • Clock-gray 12:16
  • calendar-gray 01 İyul 2020

Bu ilin iyun ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung"un payı may ayı ilə müqayisədə 2 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, bu ilin iyulun 1-nə "Samsung"un ölkə üzrə bazar payı 50,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 6,3 faiz bəndi azdır. Populyarlığına görə "Samsung" ölkənin mobil qurğular bazarında lider olaraq qalır.

Bu ilin iyun ayında "Xiaomi" şirkətinin daxili bazar üzrə məhsullarının payı may ayı ilə müqayisədə 2 faiz bəndi artıb. Bu göstərici iyulun 1-nə 25% təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisəyə 12,3 faiz bəndi çoxdur.

Üçüncü yerdə bazar payı 12,7% olmaqla "Apple" şirkətinin məhsulları qərarlaşıb. Bu şirkətin Azərbaycan üzrə bazar payı iyun ayı ərzində (may ayı ilə müqayisədə) 1 faiz bəndi artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici təxminən 0,2 faiz bəndi azdır.

Digər mobil cihaz istehsalçılarının Azərbaycanda bazar üzrə olan pay bölgüsü: "Huawei" – 4,7%, naməlum (əsasən Çin mənşəli) istehsalçıların mobil cihazları – 1,15%, "Lenovo" – 0,7%, LG – 0,9%, "Nokia" – 0,6%, HTC – 0,55%, “Sony” – 0,39% və s.

Hüseyn Vəliyev

Digər xəbərlər