Sərt karantin günlərində bir sıra poçt şöbələri xidmət göstərməyəcək

Sərt karantin günlərində bir sıra poçt şöbələri xidmət göstərməyəcək
# 13 iyun 2020 12:06 (UTC +04:00)

Azərbaycanda 14-15 iyun tarixlərində bir sıra poçt şöbələri xidmət göstərməyəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələri fəaliyyət göstərməyəcək.

Belə ki, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 14-15 iyun tarixlərində xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR