Tiktintidə qiymətqoymanın yeni resurs metoduna keçidin tarixi açıqlanıb

Tiktintidə qiymətqoymanın yeni resurs metoduna keçidin tarixi açıqlanıb
# 05 aprel 2021 14:18 (UTC +04:00)

Hesablama Palatası Tikinti sahəsində normaların müəyyənləşdirilməsi, tikintidə qiymətqoyma ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi və tikintiyə ayrılan vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsini təklif edib.

APA-nın məlumatına görə, bu barədə “Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatda bildirilir.

Hesabatda qeyd edilib ki, təklifdə smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktlar və dövlət smeta normaları toplularının cədvəllərində nəzərdə tutulmuş resursların cari qiymətinin müəyyən edilməsi məqsədilə normativ-hüquqi aktların təkmilləşdirilməsi bildirilib.

Aidiyyəti qurumdan Hesablama Palatasına daxil olan cavab məktubunda tikinti sahəsində normaların müəyyənləşdirilməsi və tikintidə qiymətqoyma ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi üçün qiymətqoymanın yeni resurs metodunun tətbiqi istiqamətində işlərə başlanıldığı, yeni metoda tam keçidin son tarixi kimi 2022-ci ilin yanvarın 1-i nəzərdə tutulduğu göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR