Xaldan-Şəki avtomobil yolunun 54 km-lik hissəsinin çəkilişi bu il başa çatacaq

Xaldan-Şəki avtomobil yolunun 54 km-lik hissəsinin çəkilişi bu il başa çatacaq
# 21 fevral 2020 11:13 (UTC +04:00)

Bu ilin sonunadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsindən ayrılaraq Gürcüstan sərhədinə qədər Xaldan-Şəki hissəsinin 54 kilometri çəkilib başa çatdırılacaq.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu il respublika əhəmiyyətli 36 yolun, Bakı şəhəri üzrə isə 12 yolun (rayon və qəsəbələrini əhatə edən) abadlaşdırılmasına vəsait ayrılıb.

Bundan əlavə, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 68 kilometr hissəsinin bu ilin sonuna başa çatdırılması nəzərdə tutulur, deyə AAYDA-nın sədri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR