ASCO “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat alıb

ASCO “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat alıb
# 29 dekabr 2022 13:01 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikata layiq görülüb.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, sertifikat ASCO-ya Böyük Britaniyanın LRQA (Lloyd's Register) beynəlxalq təsnifat cəmiyyətinin audit xidmətinin 2022-ci ilin 28-29 oktyabr və 14-18 noyabr tarixlərində apardığı ilkin və təkrar yoxlamaların nəticəsində verilib.

Yoxlamanın nəticələrinə əsasən, ASCO-da tətbiq olunan korrupsiyaya qarşı idarəetmə sistemi ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tələblərinə tam uyğun hesab olunub.

ASCO-da ötən ildən ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartının tətbiqinə qərar verilib. Bu məqsədlə 2021-ci ilin 29 yanvarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Qaydaları” təsdiq edilib. Bununla, ASCO daxilində ISO 37001 – “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartına uyğun olaraq korrupsiyaya qarşı mübarizə üzrə menecment sisteminin yaradılması, tətbiqi, fəaliyyət göstərməsi ilə bağlı zəruri prosedurlar və nəzarət tədbirləri, habelə onların işlək vəziyyətdə saxlanması qaydaları müəyyənləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR