Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq
# 09 oktyabr 2019 11:52 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan hökumətləri arasında miqrasiya sahəsində əməkdaşlığa dair sənədin imzalanması nəzərdə tutulur.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 16-cı iclasında çıxış edən Azərbaycanın Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, ölkələr arasında vətəndaşların vizasız gediş-gəlişinə dair əldə olunan razılığa dəyişikliklərin edilməsi nəzərdə tutulur.

"Layihəyə uyğun olaraq Azərbaycan vətəndaşları Qazaxıstanda qeydiyyatsız olaraq 30 gün qala bilərlər ki, bu müddət bitdikdə onlar təkrar qeydiyyatdan keçərək bu ölkədə daha 60 gün qalmaq imkanı əldə edəcəklər", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR