Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları kəskin artıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları kəskin artıb
# 18 may 2022 17:14 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 463,7 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşımaların 99,8 faizi dövlət, 0,2 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 28,7% artaraq, 179,9 min ton olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR