"Azercell"in mobil klinikalarında indiyədək 10 mindən çox insan müayinə edilib

"Azercell"in mobil klinikalarında indiyədək 10 mindən çox insan müayinə edilib
# 10 oktyabr 2019 16:18 (UTC +04:00)

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telekom” şirkətinin mobil klinikalarında indiyədək 10 mindən çox insan müayinə edilib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hər il oktyabr ayının ikinci cümə axşamı Ümumdünya Görmə günü kimi qeyd olunur. Bu günün təqvimdə xüsusi yer almasında məqsəd görmə zəifliyi və gözdən əlilliklə bağlı bir çox vacib məsələlərə ictimaiyyətin diqqətini cəlb etməkdir. “Azercell Telekom” MMC öz fəaliyyətində sosial layihələrə xüsusi yer ayıran, hər zaman maraqlı təşəbbüslərlə çıxış edən bir şirkət kimi tanınır. “Azercell” tərəfindən 2011-ci ilin iyun ayının 1-də – Uşaqların Beynəlxalq Müdafiəsi günündə yaradılan “Mobil Göz Klinikası” şirkətin sosial əhəmiyyətli layihələri sırasındadır. Klinika valideyn himayəsindən məhrum uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını həyata keçirmək məqsədilə fəaliyyətə başlasa da, aztəminatlı ailələrə, yaşlılara, qaçqın və məcburi köçkünlərə də yardım göstərir. Uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell” 2009-cu ildə yaratdığı “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Hər iki klinika fəaliyyətləri boyunca 10 mindən çox insanı müayinədən keçirib.

Xatırladaq ki, “Azercell Telekom” MMC cari ilin iyul-avqust ayları ərzində ölkənin 30-a yaxın bölgəsində səfərdə olub. Layihəyə qoşulan “Azercell”in “Mobil Göz” və “Mobil Diş” klinikaları bu müddət ərzində 350-dən çox insana ödənişsiz tibbi yardım göstərib.

Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri “Azercell”in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR