"Azerconnect" şirkətindən Türkiyəyə 5 milyon TL dəstək - FOTO

"Azerconnect" şirkətindən Türkiyəyə 5 milyon TL dəstək - FOTO
# 10 fevral 2023 15:43 (UTC +04:00)

Azerconnect şirkəti Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə dəstək məqsədilə 5 milyon türk lirəsi yardım edib.

Dəstək Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) edilib.

Bu dəhşətli zəlzələdə həyatını itirənlərə rəhmət, yaxınlarına başsağlığı, xəsarət alanlara isə şəfa diləyirik. Türkiyənin bu faciənin fəsadlarını ən qısa zamanda aradan qaldıracağına inanırıq!

Azerconnect ölkənin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.

Azerconnect NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR