Bakı şəhərini qidalandıran magistral su kəmərində qəza baş verib

Bakı şəhərini qidalandıran magistral su kəmərində qəza baş verib
# 18 iyul 2022 18:04 (UTC +04:00)

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki mərkəzi nasos stansiyasından Bakı şəhərini qidalandıran magistral su kəmərlərinin birində baş vermiş qəza ilə əlaqədar Bakıxanov, Əmircan, Bülbülə, Yeni və Köhnə Günəşli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-dən məlumat verilib.

Əraziyə qəza-bərpa briqadaları cəlb olunub və xüsusi texnikanın köməkliyi ilə təmir işləri aparılır.

Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR