Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO

Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO
# 12 sentyabr 2022 09:10 (UTC +04:00)

Ağcabədi rayonu ərazisində yaradılan Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədlə meliorativ tədbirlər aparılır.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rayonun ümumi ərazisi 31619 hektar, suvarmaya yararlı sahələr isə 18510 hektardır. Ondan 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur. Relyefi müxtəlif olan rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır.

Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsi ilə 53700 m 3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR