Bank Of Baku

Nazir müavini: Aİ Azərbaycanın bütün sektorlarda layihələrini dəstəkləyir

Nazir müavini: Aİ Azərbaycanın bütün sektorlarda layihələrini dəstəkləyir
# 02 dekabr 2022 11:37 (UTC +04:00)

Nəqliyyat layihələrinin həyata keçirilməsi 2026-cı ilə qədər olan inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir.

"APA-Economics" xəbər verir ki, bu barədə “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın demək olar ki, bütün sektorlarda reallaşdırılan layihələrini dəstəkləyir.

Nazir müavini onu da əlavə edib ki, “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsi ölkədə "yaşıl layihələrin" inkişafına əlavə stimul verir.

Sahib Məmmədov vurğulayıb ki, "Yaşıl liman" konsepsiyası Bakı Limanının gələcək inkişafına şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR