Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu dəyişib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu dəyişib
# 05 may 2022 16:47 (UTC +04:00)

Nazirlər Kabineti “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısı”nda dəyişiklik edib.
APA-nın xəbərinə görə, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti və Nəqliyyat Təlim-Tədrisi Mərkəzi siyahıdan çıxarılıb.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların
Siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR