Səlcuq Bayrakdar: Azərbaycanda "Teknofest"i yenidən təşkil etmək istəyirik

Səlcuq Bayrakdar: Azərbaycanda "Teknofest"i yenidən təşkil etmək istəyirik
# 30 avqust 2022 18:54 (UTC +04:00)

Azərbaycanda önümüzdəki illərdə "Teknofest"i yenidən təşkil etmək istəyirik.

"APA-Economics" xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar Samsun şəhərində keçirilən "Teknofest-2022" festivalı çərçivəsində jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, bu il Bakıda baş tutan "Teknofest" gözləntilərinin üstündə olub: "İnsanlar bu festivalı çox maraqla qarşıladı. Biz çox xoşbəxt olduq. Qarabağdan sonra artan dostluğumuz daha da bərkidi, yaxşı gündə, pis gündə yan-yana olacağımızın göstəricisi oldu".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR