Azərbaycanın fiqurlu konkisürəni “İce Star”da üçüncü yeri tutub

Azərbaycanın fiqurlu konkisürəni “İce Star”da üçüncü yeri tutub
  • Clock-gray 09:37
  • calendar-gray 21 Oktyabr 2019

Belarusun paytaxtı Minskdə fiqurlu konkisürmə üzrə “İce Star” turniri keçirilir.

APA-nın məlumatına görə, qadınların mübarizəsində mükafatçılar bəlli olub.

Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova yarışda uğurla çıxış edib. İki çıxışın yekununda 166,41 xal toplayan idmançı turniri 3-cü pillədə başa vuraraq bürünc mükafata yiyələnib.

“İce Star”ın qalibi adına rusiyalı Sofiya Samodurova sahib olub - 187,16 xal. İkinci yeri isə 178,82 xala malik cənubi koreyalı Kim Xa Nıl tutub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date