Azərbaycanlı gimnastika hakimi "Qızıl diplom"a layiq görülüb

Azərbaycanlı gimnastika hakimi "Qızıl diplom"a layiq görülüb
# 11 oktyabr 2019 21:38 (UTC +04:00)

İdman gimnastikası üzrə beynəlxalq dərəcəli azərbaycanlı referi Rza Əliyev “Uzun müddətli fərqlənən hakimlik” fəaliyyətinə görə Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təltif olunub.

APA xəbər verir ki, həmyerlimizə "Qızıl diplom" hazırda Almaniyanın Ştutqart şəhərində keçirilən idman gimnastikası üzrə 49-cu dünya çempionatı (4-13 oktyabr) çərçivəsində təqdim olunub.

Bu diplom 16 il (4 Olimpiya dövrü) ərzində Olimpiya Oyunları, dünya çempionatı, Yeniyetmələrin Yay Olimpiya Oyunları, Ümumdünya Yaş Qrupu Yarışlarında qüsursuz fəaliyyətə görə verilir.

Qeyd edək ki, R. Əliyev Azərbaycanın gimnastika tarixində ilk dəfə kişi idman gimnastikası üzrə ən yüksək - l dərəcəli beynəlxalq hakimlik kateqoriyasına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR