«Bank of Azerbaijan» son bir ildə aktivlərini 37% artırıb

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 37% artırıb
# 21 oktyabr 2008 11:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin oktyabr ayının 1-nə 110,384 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 37,2% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 76% genişləndirərək 42,503 mln. manata, kredit portfeli 36,2% artaraq 90,121 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 29% artaraq 26,569 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 26,3% artaraq 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 46,4% artaraq 14,635 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 18,029 mln. manat, xərcləri isə 3,4 dəfə artaraq 15,586 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 31,1% azalaraq 2,444 mln. manat təşkil edib.
Bu müddət ərzində bankın işçilərinin sayı 40,2% artaraq 370 nəfərə, orta aylıq əmək haqqı isə 63% artaraq 896 manata çatıb.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR