«Era-Trans» şirkəti son bir ildə sığorta haqlarını 4% artırıb

«Era-Trans» şirkəti son bir ildə sığorta haqlarını 4% artırıb
# 04 noyabr 2008 06:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Era-Trans» sığorta şirkətinin 2008-ci ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 1,649 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün eyni göstəricindən 4,1% çoxdur.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 4 dəfə azalaraq 798 min manat olub.
Sığorta daxilolmalarının strukturunda 564,237 min manat «Fərdi qəza və xəstəlik sığortası», 462 min manat «Avtonəqliyyat vasitələrinin sığortası», 297 min manat «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası» və 31,259 min manat «Tibbi sığorta» növlərinin payına düşüb.
Sığorta ödənişlərində «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə 324,380 min manat, «Fərdi qəza və xəstəlik sığortası» üzrə 236,812 min manat və «Əmlakın yanğın və digər əlavə risklərdən sığortası» üzrə 156,737 min manat həcmində vəsait ödənilib.
Qeyd edək ki, bu ilin ilk 9 ayında şirkət könüllü sığorta növləri üzrə 1,405 mln. manat, icbari sığorta növləri üzrə isə 244,231 min manat həcmində sığorta haqqı toplayıb.
Xatırladaq ki, təsisçisi 2 fiziki şəxs olan «Era-Trans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,1 mln. manat təşkil edib. Şirkət 24 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR