AMB: Bankın ləğv edilməsinin “Günay Sığorta”ya təsirləri qiymətləndirilir

AMB: Bankın ləğv edilməsinin “Günay Sığorta”ya təsirləri qiymətləndirilir
# 22 may 2023 12:21 (UTC +04:00)

Mayın 16-da “Günay Bank”ın lisenziyasının ləğv edilməsi eyni zamanda onun səhmdarı olduğu şirkətlərdə, o cümlədən "Günay Sığorta" şirkətində kapital çatışmazlığı yarada bilər. Bu isə həmin şirkətlərin fəaliyyətinin davam etdirilməsini sual altına sala bilər.

"APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından bildirilib ki, “Günay Bank” ASC-nin lisenziyasının ləğv edilməsinin “Günay Sığorta” ASC-yə təsirləri Mərkəzi Bank tərəfindən qiymətləndirilir. Bununla əlaqədar qısa zamanda əlavə məlumat verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,48 %-i Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri), 21,62 %-i isə "Günay Bank"a məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR