AMB: Banklararası Kart Mərkəzində sınaq işləri aparılacaq

AMB: Banklararası Kart Mərkəzində sınaq işləri aparılacaq
# 06 sentyabr 2022 14:28 (UTC +04:00)

Banklararası Kart Mərkəzinin yenilənmiş texniki infrastrukturunun fövqəladə hallar zamanı davamlığının qiymətləndirilməsi məqsədilə 7 sentyabr tarixindən başlayaraq 3 gün müddətinə sınaq işlərinin aparılması planlaşdırılır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, sınaq işləri saat 03:00-04:00 aralığında (mübadilə kanallarında qısa müddətli kəsilmə ilə) sistemin fəaliyyətinin ehtiyat mərkəzlərindən təmin edilməsilə aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR