ARDNF-nin daşınmaz əmlak portfeli üzrə gəlirliliyi 10%-ə yaxınlaşıb

ARDNF-nin daşınmaz əmlak portfeli üzrə gəlirliliyi 10%-ə yaxınlaşıb
# 28 noyabr 2022 17:26 (UTC +04:00)

Cari ilin 9 ayında Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak portfeli üzrə gəlirliliyi 9,86% təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-nin 2023-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilib.

Bildirilib ki, gəlirlilikdə “Fond investisiyaları” və “Müştərək investisiyalar” əsas pay təşkil edib.

"Fondun daşınmaz əmlak alt portfelinin strukturuna daxil olan “Birbaşa investisiyalar” üzrə məzənnə dəyişikliyi nəzərə alınmaqla bir əmlakı üzrə gəlirlilik müşahidə edilsə də digər əmlaklar üzrə zərərlilik olub. Əvvəlki rəylərdə olduğu kimi “Birbaşa investisiya” aləti üzrə daşınmaz əmlak bazarının tələblərinə uyğun 21 mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla yeni tənzimləmə mexanizmlərinin tətbiqinə zərurət olduğu qənaətindəyik" - deyə Palatının rəyində bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR