“Bloomberg” böhranın ən çox hiss ediləcəyi bölgəni açıqlayıb

“Bloomberg” böhranın ən çox hiss ediləcəyi bölgəni açıqlayıb
# 05 oktyabr 2022 12:37 (UTC +04:00)

“ABŞ ciddi iqtisadi tənəzzüldən yayına biləcək, Avropanı isə mütləq resessiya gözləyir”.

APA-Economics” xəbər verir ki, bu proqnozu nüfuzlu “Bloomberg” agentliyi yayıb. Agentlik həmçinin bildirib ki, Avropa Birliyində vəziyyət enerji böhranı səbəbilə əhaliyə və özəl sektora olunan maliyyə yardımı ilə daha da gərginləşir.

Qeyd edək ki, analitiklər daha əvvəl pandemiyanın Avropa bölgəsindən çox ABŞ-a təsir edəcəyini proqnozlaşdırırdılar. Amma, enerji böhranı bütün proqnozları alt-üst etdi. Belə ki, avrozonada inflyasiya 10%-ə çatıb ki, bu da ABŞ-dakı 8%-lik həddən yüksəkdir. Analitiklər bu fərqin daha da artacağını proqnozlaşdırırlar.

Məqalədə həmçinin bilidirilir ki, avrozona hökuməti istehlakçıların elektrik enerjisi xərclərini kompensasiya etmək üçün stimullaştırıcı tədbirlər alsa da, bu, amerikalılarla müqayisədə bölgə insanlarının rifahını artırmayacaq. Belə ki, ABŞ əhali və biznesə subsidiya ayırmır. Amma, Avropa yardımları artırmağa davam edir. Belə ki, Britaniya vergiləri azaltmaq, Almaniya isə 200 mlrd. avroluq yardım etməyi planlaşdırır. Londonun “TS Lombard” araşdırma şirkətinin hesablamalarına görə yardımlar ÜDM-in 5%-nə çata bilər ki, bu da bütcə kəsirini kəsklin artıra bilər.

Cavid Əzimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR