Britaniya Vahid Ələkbərov və Fərhad Əhmədova sanksiya tətbiq edib - YENİLƏNİB

Vahid Ələkbərov, Fərhad Əhmədov

© APA | Vahid Ələkbərov, Fərhad Əhmədov

# 13 aprel 2022 16:00 (UTC +04:00)

Böyük Britaniyanın sanksiya tətbiq etdiyi şəxslərin siyahısında Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədovun da adı var.

APA BBC-yə istinadən xəbər verir ki, bundan başqa, “Surqutneftqaz”ın rəhbəri Vladimir Boqdanovun da adı bu gün açıqlanmış sanksiya siyahısına salınıb.

***

14:50

Böyük Britaniya Ukraynada davam edən müharibə ilə bağlı 206 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, siyahıda Azərbaycan əsilli rusiyalı iş adamı, “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, Ukraynanın “Müxalif platforma - Həyat naminə” partiyasının siyasi şurasının sədri Viktor Medvedçuk və s. şəxslər yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR