Fevralda Naxçıvanda vergi daxilolmaları 57 faiz artıb

Fevralda Naxçıvanda vergi daxilolmaları 57 faiz artıb
# 02 mart 2023 12:33 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin xəttilə 2023-ü ilin yanvar-fevral aylarında büdcəyə 22,4 milyon manat vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 23,9 faiz artıb. Proqnoz 116,7 faiz səviyyəsində icra olunub.

2023-cü ilin fevral ayında vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 faiz və ya 4,5 milyon manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR