“Finca Azərbaycan” BOKT MMC ümumi dəyəri 3 milyon manat olan istiqraz buraxır.
BOKT-dan “APA-Economics”ə daxil olan məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların nominal dəyəri yüz manatdır. “Finca Azərbaycan” BOKT-un 30 min ədəd istiqrazı üzrə illik gəlir 12,5% nəzərdə tutulub və kupon faizlərinin ödənişi hər 3 aydan bir həyata keçiriləcək.
Qeyd olunan istiqrazların yerləşdirmə üzrə anderrayteri isə “Azfinance İnvestisiya Şirkəti” QSC-dir.