Gələn il Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri 635,3 milyon manat olacaq

Gələn il Naxçıvan MR-in büdcəsinin gəlir və xərcləri 635,3 milyon manat olacaq
# 25 noyabr 2022 12:53 (UTC +04:00)

“İçərişəhər Qoruğu İdarəsinin və Şəmkir rayonunun yerli xərclərinin tənzimlənməsi üçün gələn il üçün dövlət büdcəsinin layihəsində müvafiq xərc bölməsində cəmi 1, 5 milyon manat məbləğində yerdəyişmələr olacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bununla əlaqədar icmal büdcədə də dəyişikliklər baş verəcək: “Naxçıvan MR büdcəsinin gəlirlərinin 20 milyon manat artırılması nəticəsində icmal büdcənin gəlirləri 33 milyard 26 milyon manat, xərcləri isə 37 milyard 969 milyon manat təşkil edəcək. Kəsri isə 4 milyard 944 milyon manat olmaqla eyni səviyyədə qalacaq. İcmal büdcənin tərkibində Naxçıvan MR büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 635, 3 milyon manat, dövlət büdcəsindən ayrılan dotasiya isə 449, 8 milyon manat, Naxçıvan MR-nın öz gəlirləri isə 185,5 milyon manat təşkil edəcək. Eyni zamanda edilən dəyişikliklər büdcə qaydasının tələblərinə uyğundur və icmal büdcənin qeyri-neft baza kəsiri ÜDM-də xüsusi çəkisinə hədəflənən yuxarı həddinin göstəricisini keçmir. Eyni zamanda icmal büdcənin xərclərinin yuxarı həddi ilə bağlı 37 milyard 949 milyon 346,5 milyon manat rəqəminin 37 milyard 969 milyon 346,5 manat rəqəmi ilə əvəz edilməsi təklif olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR