İpoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanılır

İpoteka kreditləri ilə bağlı müraciətlərin qəbuluna başlanılır
# 19 yanvar 2023 15:53 (UTC +04:00)

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2023-cü il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

Bu barədə "APA-Economics"ə Fondan bildirilib. Məlumata görə, ipoteka krediti ilə bağlı müraciətlərin qəbulu 24 yanvar 2023-cü il tarixində saat 11:00-da başlayacaq.

Məlumat üçün bildiririk ki, ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR