Larinin manata qarşı məzənnəsi 16 aylıq maksimuma çatıb

Larinin manata qarşı məzənnəsi 16 aylıq maksimuma çatıb
# 27 dekabr 2021 13:22 (UTC +04:00)

Bu gün Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,3% artaraq 0,5530 manat (1 manat/1,8083 lari) təşkil edib ki, bu da 2020-ci ilin avqustun 21-dən bəri qeydə alınan ən yüksək göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, beləliklə larinin manata qarşı məzənnəsi 16 aylıq maksimuma çatıb. İlin əvvəlindən larinin manata qarşı kursu 7,5% artıb.

Qeyd edək ki, lari stabil mövqeyini iyun ayının əvvəlindən bəri saxlayır və stabil olaraq 0,53-0,55 manat səviyyəsində ticarət olunur. Bu il Gürcüstan Milli Bankı (GMB) doqquz valyuta hərracı çərçivəsində 332,9 mln. ABŞ dolları satıb. Ötən il isə larinin enməsi fonunda, valyuta bazarını sabitləşdirmək üçün bank 26 hərracda 873,2 mln. dollar satmışdı.

GMB ilk olaraq larinin məzənnəsinin artımını lirənin dəyərsizləşərək Gürcüstanın əsas ticarət tərəfdaşı olan Türkiyədən idxalın ucuzlaşmasında görürdü. Belə ki, lirənin ucuzlaşması fonunda Gürcüstan daha çox mal idxal edirdi. Lakin bu tendensiya Türkiyədə yüksək inflyasiyanın başlamasına qədər özünü doğruldub.

Hazırda bank larinin güclənməsinin səbəblərini sərt monetar siyasətdə, requlyatorun valyuta bazarına müdaxilələrində və turizmdən artan gəlirlərdə görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR