Ödəniş sistemləri haqqında qanun maliyyə texnologiyaları sahəsində əlavə imkanlar yaradacaq

Ödəniş sistemləri haqqında qanun maliyyə texnologiyaları sahəsində əlavə imkanlar yaradacaq
# 29 sentyabr 2022 10:32 (UTC +04:00)

Ödəniş sistemləri haqqında qanunun qəbulu Azərbaycandakı maliyyə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlər üçün əlavə imkanlar yaradacaq və onların inkişafına çox ciddi təkan verərək hüquqi bazanı formalaşdıracaq.

"APA-Economics" xəbər verir ki, bunu "Azərbaycanda fintex ekosistemi – bu gün və sabah” tədbirində çıxış edən Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov deyib.

Onun sözlərinə görə, bununla yanaşı iştirakçıların özünün də gözləntiləri var, hansılar ki, həyata keçirildiyi halda sektor daha da inkişaf edərək ümumi nailiyyətlər əldə edəcək.
"Bunlardan birincisi sektorda açıq APİ-ların tətbiqi ilə bağlı məsələlərdir ki, düşünürük ki, onların tətbiqi üçüncü tərəflərin də öz müştərilərinə kifayət qədər əhatəli məhsullar təqdim etmələrinə yardımçı olacaq. Çünki bildiyiniz kimi, məhz FinTech-lərin bazara çıxmaları və bazarda oyunçulara çevrilmələri dəyər zəncirinin rekonstruksiyasına gətirib çıxarıb ki, artıq bunları dəyişməklə bazara yeni oyunçuların, yəni xidmətlərin daxil olunmasına böyük şərait yaranıb', - deyə Ruslan Talıbov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR