Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycana xaricdən 51 953,31 ABŞ dolları dəyərində 150 597,5 ton buğda idxal edilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 9,2 dəfəyədək, həcmi isə 6,7 dəfədən çox artıb.
Ölkəyə gətirilən buğdanın 54,3%-i Qazaxıstanın, 45,7%-i isə Rusiyanın payına düşür. Belə ki, hesabat dövründə Qazaxıstandan Azərbaycana 27,397 mln. dollarlıq 81 783,24 ton buğda tədarük olunub ki, bu da illik müqayisədə həcm ifadəsində 27 dəfə, dəyər ifadəsində 34,2 dəfə çoxdur.
Rusiyadan isə 24,556 mln. dollarlıq 68 814,25 ton buğda idxal olunub ki, bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə həcm ifadəsində 3,6 dəfə, dəyər ifadəsində isə 5,1 dəfə çoxdur.
Nəticədə, bu il Qazaxıstanın Azərbaycanın buğda idxalındakı payı ötən ilki 13,5%-dən 54,3%-ə qədər yüksəlib. Rusiyanın payı isə 86,4%-dən 45,7%-ə qədər enib.