AYİB regionunda ÜDM bu il 3,5% azalacaq

AYİB regionunda ÜDM bu il 3,5% azalacaq
# 13 may 2020 10:33 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COVID-19 pandemiyası səbəbindən bu il banka üzv ölkələrdə (AYİB regionu) iqtisadiyyatın ortalama 3,5% azalacağını proqnozlaşdırır.

"APA-Economics"in bankın "Regional Economic Prospects" adlı hesabatının may buraxılışına istinadən verdiyi məlumata görə, gələn il isə sözügedən ölkələrin iqtisadiyyatları bərpa olaraq 4,8% artacaq.

Bankın gözləntilərinə görə, xammal qiymətlərinin aşağı düşməsi, pul köçürmələrinin azalmasından yaranan təzyiq, əsasən Mərkəzi Asiyada müşahidə olunacaq və bu regionun iqtisadiyyatı bu il 1,2% azalacaq, amma 2021-ci ildə bərpa olaraq 5,8% artacaq.

AYİB-in proqnozlarına görə, Aralıq dənizi regionunda ÜDM bu il ortalama 0,8% azalacaq, lakin gələn il 4,8% artım qeydə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR