Almaniya 160 mlrd. avro borc almaq niyyətindədir

Almaniya 160 mlrd. avro borc almaq niyyətindədir
  • Clock-gray 10:04
  • calendar-gray 23 Noyabr 2020

Almaniya hökuməti 160 mlrd. avro həcmində borc almaq niyyətindədir.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın maliyyə naziri Olaf Şolts deyib.

Vəsaitin koronavirus pandemiyasından iqtisadiyyata dəyən ziyanı minimuma endirməyə sərf olunacağı bildirilir. Bu məbləğ məhdudiyyət xərclərini ödəməyə, həmçinin ölkə iqtisadiyyatının stimullaşdırılmasına və təhlükəsizliyin təmin olunmasına kömək edəcək. Vəsait da kömək edəcəkdir. Mənbəyə görə, əvvəlcə Almaniya hökuməti 96 mlrd. avro məbləğində borc cəlb etmək niyyətində idi, lakin bu məbləği yetərsiz hesab edərək, 160 mlrd. avro rəqəmində dayanıb.

Bundan başqa, Almaniyada pandemiyanın yaratdığı "ümumi ziyan"ı ödəmək üçün tələb olunan məbləğin 10 mlrd. avrodan 15 mlrd. avroya artırılması də bildirilir.

APA-Economics

Digər xəbərlər