"Azexport" portalına ötən il 611 mln. manatlıq ixrac sifarişləri daxil olub

"Azexport" portalına ötən il 611 mln. manatlıq ixrac sifarişləri daxil olub
# 29 yanvar 2021 11:17 (UTC +04:00)

2020-ci il ərzində Azexport.az portalına 610,8 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu 2019-cu ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5% artıb.

2020-ci ilin dekabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 57,5 mln. dollar təşkil edib ki, bu da bu ilin noyabr ayı ilə müqayisədə 40% çoxdur.

2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 dekabr tarixinə kimi (48 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,19 mlrd. dolları üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR