Azərbaycanda muzdlu işçilərin sayı və əməkhaqqı açıqlanıb

Azərbaycanda muzdlu işçilərin sayı və əməkhaqqı açıqlanıb
# 15 mart 2021 12:19 (UTC +04:00)

Bu ilin fevralın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 43,4 min nəfər və ya 2,6%-i artaraq 1 684,4 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, işləyənlərin 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 769,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 19,6%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5%i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3% azalaraq 690,9 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR